Bank Of Baku

Nazir: “Təhsil Nazirliyinin tikinti idarələri ləğv edilməyib”

Nazir: “Təhsil Nazirliyinin tikinti idarələri ləğv edilməyib”
# 03 sentyabr 2011 08:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Təhsil Nazirliyinin tikinti idarələrinin ləğvi ilə bağlı qərar yoxdur. Bununla bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, təhsilin inkişafı üzrə 10 illik inkişaf strategiyası hazırlanır: “Hazırda strategiyanın hazırlanması ilə bağlı işçi qrup yaradılıb və bunun üçün 3 ay vaxt verilib. Həmin möhlət tamam olan kimi strategiya ölkə başçısına təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR