Bank Of Baku

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə toplanan cərimələrin 25%-i yol polislərinə çatacaq

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə toplanan cərimələrin 25%-i yol polislərinə çatacaq
# 03 sentyabr 2011 08:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bundan sonra Azərbaycanda yol hərəkəti qaydalarının pozulma¬sına görə yığılan cərimələrin 25%-i yol polislərinə çatacaq.

1 sentyabr 2011-ci il 142 saylı yeni qərara əsasən 60 nömrəli qərara yeni bənd əlavə edilib. Həmin bəndə görə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25%-i Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.

Qərarda bildirilir ki, bu dəyişiklik «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR