Bank Of Baku

Azərbaycanda vakant müəllim yerlərinin 70%-i yaxın vaxtlarda tutulacaq

Azərbaycanda vakant müəllim yerlərinin 70%-i yaxın vaxtlarda tutulacaq
# 03 sentyabr 2011 09:43 (UTC +04:00)
Bəzi fənlər üzrə artıq üçüncü mərhələ də başa çatıb. İbtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, kimya müəllimləri ilə bağlı biz artıq müsabiqənin nəticələrinə əsasən yerləşdirmə aparmışıq, həm də qalan vakant yerləri elan etmişik”. APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsini müdiri Fərzalı Qədirov bildirib.

Onun sözlərinə görə, vakant yerlərə getmək istəyən kifayət qədər bal toplamış namizədlər Təhsil Nazirliyinə ərizə ilə müraciət edirlər: “Biz indi o ərizələrə baxırıq. Həmin ərizələrə əsasən ən yüksək bal göstəricisi olan namizədlər vakant yerlərə qəbul olunacaqlar”.

F.Qədirov deyib ki, müsabiqənin ilkin nəticələri təhlil olunsa da, son təhlillər aparılmayıb: “Çünki bir çox fənlər üzrə vakant yerlər elan edilməyib və ərizələr toplanmayıb. Ona görə də dəqiq vakant yerin qaldığını dəqiq demək mümkün deyil. Təxminən 2 mindən artıq vakant yer elan etmişdik, bu yerlərin 70%-i tutulacaq. Digər 30%-in tutulması ilə bağlı ərizələri təhlil edəcəyik. Yenə də vakant yerlər qalacaqsa, ola bilər, həmin yerlərə yenidən müsabiqə keçirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR