Bank Of Baku

Son 2,5 il ərzində Azərbaycanda 190 mindən artıq yeni iş yeri açılıb

Son 2,5 il ərzində Azərbaycanda 190 mindən artıq yeni iş yeri açılıb
# 03 sentyabr 2011 11:14 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Döv¬lət Proqramının icrasını əhatə edən (2009-cu ilin yanvarın 1-dən 2011-ci ilin iyul ayının 1-dək) dövrdə isə ölkədə 190 412, o cümlədən 139 697 da¬imi iş yerləri yaradılıb: “Cari ilin yanvar-iyun ayları ərzində açılmış daimi iş yerlərinin 13,4%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 12,4%-i mövcud müəssisə və təş¬kilatlarda, 0,2%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74%-i isə fiziki şəxslər tərəfindən yaradılıb”.
Yeni iş yerlərinin 73,4%-i regionların, o cümlədən 20,1%-i Aran, 14,6%-i Gəncə-Qazax, 6,9%-i Şəki-Zaqatala, 6,5%-i Quba-Xaçmaz, 6,4%-i Lənkəran, 6%-i Abşeron, 4,2%-i Yuxarı Qarabağ, 3,9%-i Naxçıvan, 3,6%-i Dağlıq Şirvan, 1,2%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
“Hesabat dövründə 96,3%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 5,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,3%-i tikinti, 3,1%-i maliyyə və sığorta fəaliyyəti, 2,6%-i emal sənayesi, 1,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisələrdə yaradılıb”, - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR