Hacıbala Abutalıbov: “Dövlət vətəndaşların köçürülməsinə ümumilikdə 73 milyon manat ayırdığı halda, Leyla Yunusun iddia etdiyi kimi, hansı 900 milyon manatın yeyintisindən söhbət gedə bilər?” - MÜSAHİBƏ
- Azərbaycan SSR Nazirlər Sovetinin 18 may 1987-ci il tarixli, 182 saylı qərarı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan Bakı Şəhərinin Baş Planına uyğun olaraq, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olan yeni park-bağ kompleksinin salınması məqsədilə ayrılan sahə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu və Mirzə İbrahimov küçələrinin əhatəsində olan ərazini əhatə edir. Artıq orada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri 2008-ci ildən həyata keçirilir.
- Adıçəkilən ərazidə vətəndaşların mülkiyyət hüququ nə dərəcədə qorunur və hansı məbləğdə kompensasiya ödənilir?
- Biz vətəndaşlarımızın mülkiyyət hüququna hörmətlə yanaşırıq. Həmin ərazidə köçürülmə işləri mövcud qanunvericiliyə əsasən vətəndaşların müvafiq təsdiqedici sənədləri əsasında istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq 1500 manat məbləğində vəsait ödənilməsi notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış ümumilikdə 73 milyon manat vəsait hesabına həyata keçirilir.
- Ş. Bədəlbəyli küçəsi, ev 38-in mülkiyyət sahibi Leyla Yunusun həyat yoldaşı Arif Yunusova mülkiyyətində olan mənzildən çıxmaq üçün kifayət qədər vaxt verilmişdimi?
- Bəli, ərazidə söküntü işləri aparılacağı ilə bağlı vətəndaş Arif Seydulla oğlu Yunusovun mülkiyyətində olan, söküntü ərazisinə düşən Ş.Bədəlbəyli küçəsi ev 38, 1 və 2 saylı mənzillərin notarial qaydada alğı-satqısının həyata keçirilməsi üçün tərəfimizdən bu illər ərzində dəfələrlə mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi barədə edilən xahişlərimizə baxmayaraq, müvafiq sənədlər bu günədək adıçəkilən vətəndaş tərəfindən təqdim edilməyib. Bununla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi barədə vətəndaşın qeydiyyatda olduğu Nizami küçəsi ev 53, mənzil 30 ünvanına, eyni zamanda onun [email protected] elektron poçt ünvanına göndərilmiş müraciətlər də cavabsız qalıb. Vətəndaşa dəfələrlə edilən xəbərdarlıqdan sonra, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olaraq şəxsən mənim tərəfimdən mülkiyyət sahibi Arif Seydulla oğlu Yunusovun həyat yoldaşı Leyla Yunus qəbul edilərək, park-bağ kompleksinin yaradılması ilə əlaqədar Bakı Şəhərinin Baş Planına uyğun olaraq, onlara məxsus sahənin də sökülmə ərazisinə düşdüyü bildirilib və dövlət tərəfindən qanuna müvafiq qaydada kompensasiyanın ödənilməsi üçün mülkiyyət sənədlərinin köçürmə komissiyasına təqdim olunması tövsiyə edilsə də, vətəndaş nəinki buna əməl etməyib, həmin sahənin söküləcəyi təqdirdə beynəlxalq təşkilatlara və məhkəmə orqanlarına müraciət edəcəyini bildirib. 3 ay öncə tərəfimizdən təmin olunmuş nəqliyyat vasitələri ilə Arif Seydulla oğlu Yunusov tərəfindən ona məxsus olan həmin ünvanda mövcud olan bütün avadanlıqlar tam təhlükəsiz şəraitdə, əşyalara heç bir zərər vurulmadan ərazidən daşınıb.
Qeyd etmək vacibdir ki, köçürmə işləri başlanan andan etibarən yüzlərlə Azərbaycan Respublikası və xarici ölkələrin vətəndaşları onlara məxsus olan mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən dövlət sənədlərini dövlət notariusuna təqdim edərək, qanunvericiliyə uyğun şəkildə notarial qaydada vətəndaşlarla bağlanmış alğı-satqı müqavilələri əsasında mənzillərin hər kvadrat metr sahəsi üçün 1500 manat məbləğində vəsait tərəfimizdən dövlət notariusunun depozit hesabına ödənilməklə, alğı-satqı müqaviləsi imzalandıqdan sonra onlara kompensasiya məbləğini dövlət notariusunun qəbzi əsasında “Texnikabank” ASC-dən şəxsən mülkiyyət sahibi tərəfindən əldə etməsi yolu ilə həmin vətəndaşların köçürülməsi təmin edilib. Arif Yunusov da digər köçürülmüş vətəndaşlar kimi yuxarıda göstərilən qaydada müvafiq sənədləri təqdim etdikdən və onunla notarial qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona ödəniləcək kompensasiyanı “Texnikabank” ASC-dən əldə edə bilər.
- Leyla Yunus köçürülmə komissiyasını korrupsiyada ittiham edərək doqquz yüz milyon manat yeyinti olduğunu bildirir...
- Əgər Heydər Əliyev Sarayının arxasından Azərbaycan Dövlət Dram teatrına qədər olan Füzuli, Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli və digər küçələri əhatə edən ərazidən vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə 73 milyon manat ayrılmış vəsait hesabına 1000 nəfərdən artıq vətəndaşla alğı-satqı həyata keçirilmişsə, dövlət tərəfindən ayrılmış kompensasiya məbləği Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin yerli xəzinədarlıq orqanı tərəfindən həmin vətəndaşların dövlət notariusunda açılmış depozit hesablarına ödənilməsi yolu ilə bu vətəndaşların həmin ərazidən köçürülməsi təmin edilmişdirsə dövlət büdcəsindən ayrılan 73 milyon manat vəsaitin müqabilində hansı 900 milyon manatın yeyintisindən söhbət gedə bilər? Eyni zamanda alğı-satqı proseduru həyata keçirildikdən sonra köçürülən vətəndaşların ev əşyalarının daşınması, yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və tullantıların daşınması işlərinə təmənnasız olaraq, iş adamları və özəl şirkətlərin yaxından köməklik göstərməsi, ayrı-ayrı vətəndaşlara və hüquqi şəxslərə məxsus mənzillərin və torpaq sahələrinin əvəzsiz olaraq dövlətə bağışlamaları nəticəsində dövlət büdcəsinin 15 milyon manata qədər vəsaitinə qənaət edilib.
Bir daha qeyd etmək istərdim ki, Leyla Yunus Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilərkən ona bildirilib ki, dövlət hər bir Azərbaycan vətəndaşının mülkiyyət hüququna hörmət və diqqətlə yanaşır və mövcud ərazilərdə həyata keçirilən köçürülmə prosesi Bakı şəhərinin Baş Planına uyğun olaraq, aparılan abadlıq və quruculuq, daha dəqiq desək, yeni park-bağ kompleksinin salınması işləri ilə əlaqədardır.
Köçürülmə prosesinin mahiyyətini və səbəblərini başa düşdüyünü, köçürməyə dövlət tərəfindən ümumilikdə 73 milyon manat ayrıldığı halda 900 milyon manat yeyintinin yalan və böhtan olduğunu etiraf edən Leyla Yunus onunla aparılan söhbətdən sonra razılığını bildirsə də, yenə də köhnə əməllərindən əl çəkməyib, xarici mətbuata, kütləvi informasiya vasitələrinə, internet saytlarına və beynəlxalq təşkilatlara qərəzli şəkildə yalan məlumat verərək, guya köçürmə siyasətində korrupsiya hallarının olduğunu, eləcə də insan haqlarının, o cümlədən, vətəndaşların mənzil hüquqlarının pozulduğunu bildirib. Məqsəd - beynəlxalq və yerli ictimai fikri çaşdırmaqla ona xaricdən ayrılan qrantların davam etməsini yenidən təmin etməkdir. Çünki belələrinin həyatda yeganə amal və məqsədi nə yolla olursa olsun, yeni gəlir mənbəyi əldə etməkdir. Təəssüf ki, antik dövrün filosofu Siseronun təbirincə desək, “Tarixdə yalan danışmağı, böhtan atıb şər əməllərlə məşğul olmağı özünə peşə seçən və bu peşədən zövq almağı bacaran insanlar az olmamışdır”. Yalanı, böhtanı hər şeydən üstün tutan və başlıca qayəsinə çevirən Leyla Yunus kimi insanlar üçün “nə qədər cəmiyyət üçün yaxşıdır, demək bizim üçün bir o qədər pisdir və ya cəmiyyət üçün nə qədər pisdir, demək bizim üçün o qədər yaxşıdır” prinsipi görünür çox əlverişlidir. Təsadüfi deyil ki, hələ 2600 il əvvəl böyük Çin filosofu Konfutsi Leyla Yunus kimi şəxsi maraqlarını milli, dövlət maraqlarından üstün tutan, öz xeyrindən ötrü torpağı, milləti, Vətəni də yalan və böhtanla tapdalayan adamların olduğuna işarə edərək yazırdı: “Məkrli insanların qəlbindəkiləri bilmək təbiəti dərk etməkdən də çətindir. İnsanın qəlbindəkilər dağlardan, çaylardan da qorxuludur. Çünki təbiətin yazı və payızı, qışı və yayı var “. Leyla Yunus kimi məkrli insanların qəlbində və sifətində isə nə yaz və payız, nə qış, nə də yay var.
Sosial
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
Xəbər Lenti
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Ərdoğan NATO Baş katibi ilə görüşüb
Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Rutte: Rusiya müharibədə qalib gələ bilmədi, NATO Ukraynanı dəstəkləməyə davam edəcək
Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edəcək
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib
Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 56 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
BakıKart QR ödənişi artıq ABB mobile-də - İlk 10 gediş pulsuz
AZAL: Bakı-Naxçıvan reyslərinin bəzisi ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb
Bu il dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub
Bağ evini, mənzili, obyekti sığortalamağa dəyər, çünki zərəri PAŞA Sığorta ödəyir
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, Bakı Moskvaya nota verib
Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib - YENİLƏNİB - FOTO
Ukrayna iki S-400, radiolokasiya stansiyası və neft bazasına zərbə endirib
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Ermənistan Pakistana ilk səfirini təyin edib
Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşib
Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu edib
HAMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir
Gürcüstanın keçmiş müdafiə naziri 2 il 6 ay müddətinə həbs olunub
"Vahid Rusiya" Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə hökm oxunub
Trampın Ankarada qalacağı hotelin ətrafında baryerlər quraşdırılıb - FOTO
Rəsmi Moskva: NATO sammitindən əvvəl Ukraynanın hücumlarına daha şiddətli cavab veriləcək
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
Azərbaycan, Misir və Türkiyə hərbçilərinin “Anadolu Qartalı – 2026” taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kreml: Rusiya-Çin birgə təlimləri heç kimə qarşı yönəlməyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB