Bank Of Baku

Bu gündən ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin konfransları başlayır

Bu gündən ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin konfransları başlayır
# 05 sentyabr 2011 07:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. 2011-2012-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə bu gündən sentyabrın 12-dək ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Konfransların plenar iclaslarında "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə olunacaq.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil Problemləri İnstitutuna göndərsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR