Bank Of Baku

Un, çörək və makaron məmulatlarının monitorinqi aparılır

Un, çörək və makaron məmulatlarının monitorinqi aparılır
# 05 sentyabr 2011 10:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Bakıətrafı ərazilərdə un, çörək və makaron məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. RGEM-nin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, müayinələr üçün həmin məmulatlardan 100-ə yaxın nümunənin götürülməsi nəzərdə tutulur.

İ. Abdullayev deyib ki, nümunələr həm mağazalarda satılan məhsullardan, həm də istehsalatdan götürüləcək: “Məqsədimiz un, çörək və makaron məmulatlarında təhlükəsizlik göstəricilərini müayinə etmək, onların tərkibində mikrobioloji göstəriciləri, zəhərli kimyəvi maddələri, kartof xəstəlikləri törədicilərini araşdırmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR