Bank Of Baku

Naxçıvanda yerli QHT-lər üçün iki günlük təlim başlayıb

Naxçıvanda yerli QHT-lər üçün iki günlük təlim başlayıb
# 05 sentyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Naxçıvanda ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə yerli QHT-lər üçün iki günlük təlim başlayıb. APA-nın məlumatına görə, 25-ə yaxın yerli qeyri-hökümət təşkilatının qatıldığı tədbirdə QHT-lərin mövcud qanunvericilik çərçivəsində və beynəlxalq praktikaya uyğun olaraq fəaliyyət imkanları müzakirəyə çıxarılıb. Bu mənada QHT təsis etmək, qeydiyyatdan keçirmək və digər məsələlərə xüsusi diqqət ayrılacaq.

Təlimlərə beynəlxalq və yerli ekspertlər cəlb edilib. ATƏT-in Bakı ofisinin hüquqi məsələlər üzrə əməkdaşı Nataşa Rasiç deyib ki, təlim sayəsində yerli QHT-lərin fəaliyyət imkanlarının genişlənəcəyinə ümid edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR