Bank Of Baku

Məleykə Abbaszadə: “Dövlət sifarişli ixtisaslara qəbul olunan uşaqlar təhsilə çox ciddi yanaşırlar“

Məleykə Abbaszadə: “Dövlət sifarişli ixtisaslara qəbul olunan uşaqlar təhsilə çox ciddi yanaşırlar“
# 05 sentyabr 2011 10:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, dövlət sifarişli yerlərə qəbul olunan uşaqlar o zaman qeydiyyatdan keçmirlər ki, onlar eyni zamanda dövlət proqramı çərçivəsində xaricdə oxumaq şansı qazanırlar: “Belə uşaqların sayı isə 1 faizdən də azdır. Biz görürük ki, yeni maliyyələşmə mexanizminin tətbiqi insanlara ixtisas seçiminə daha məsuliyyətli yanaşmağa və qərar verməyə kömək edib”.

TQDK sədri bəyan edib ki, Boloniya prosesinə əsasən dövlət sifarişli ixtisaslara qəbul olan tələbələrin həmin ali məktəbdə təhsilin səviyyəsi xoşlarına gəlməsə, onların başqa ali təhsil müəssisəsində öz təhsilini davam etdirməyə ixtiyarı var: “Bu, qanunda belədir. Amma bizdə ölkə universitetləri arasındakı mobillik hələlik təmin olunmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Dövlət maliyyələşməsinə başlanıbsa, rəqabət mühiti təmin olunmalıdır. Məsələn, Azərbaycanda tibb ixtisasları yalnız Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində, hüquq isə 3 universitetdə tədris olunur. Məsələ ondadır ki, biz bazası, ənənəsi olan ali məktəblərdə yetişən mütəxəssislərin keyfiyyətindən razıyıqmı? Yenə təkrar edirəm ki, həmin ali məktəblərdə müəyyən standartlara uyğunlaşmaq, ixtisaslar üzrə lisenziya almaq prosesi çox şəffaf və düzgün olmalıdır. Yəni müəyyən tələblər olmalıdır ki, doğrudan da bu təhsil müəssisəsi lisenziyaya malikdir və o, həkim hazırlaya bilər. Amma həkim hazırlamaq üçün ən azından müəyyən klinikalar olmalıdır ki, ali məktəblər onlarla birgə işləsin. Təəssüflər olsun ki, Azərbaycanın müasir tarixində yalnız Beynəlxalq Universitetin klinikası var idi və orada nə işlərin baş verdiyini də hər kəs bilir. Klinikanın və universitetin bağlanması yalnız Azərbaycan səhiyyəsinə və təhsilinə müsbət təsir göstərdi. Bu məsələnin gələcəkdə nə vaxt təkrarlana biləcəyini bilmirəm. Sadəcə, normativ sənədlər elə hazırlanmalıdır ki, doğrudan da həmin ixtisas üzrə mütəxəssisləri hazırlamaq üçün ali məktəblər öz aralarında yarışa girsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR