Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin təqdimatı keçirilib - FOTO
K. İmanov bildirib ki, layihənin əsas istiqamətləri müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi, piratçılığın səviyyəsinin azaldılmasına köməklik göstərilməsi və Müəllif Hüquqları Agentliyinin potensiallarının artırılmasından ibarətdir. Layihənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri aparılıb. İcrası ilə əlaqədar tender qaydasında Yunanıstanın Avropa İctimai Hüquq Mərkəzi, Almaniya Hüquqi Əməkdaşlıq Fondu və İspaniyanın İnzibati və İctimai Siyasət Beynəlxalq Fondunun daxil olduğu konsorsium yaradılıb.
K. İmanov çıxışında layihə çərçivəsində agentliyin nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradıldığını diqqətə çatdırıb. Gələcəkdə mərkəzin agentliyin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərməsi planlaşdırılır. Avropa Komissiyası tərəfindən agentlikdə hüquqların rəqəmli idarə olunması (DRM) üzrə online Lisenziyalaşdırma Mərkəzinin yaradılması üçün proqram təminatının əldə edilməsinə və bu sistemdə işləyəcək xüsusi xidmət personalının hazırlığına da yardım göstəriləcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib ki, müəllif hüquqları texniki sahə olsa da, çox vacib bir sahədir. O, Azərbaycan mədəniyyətini qorumağın əhəmiyyətindən də söz açıb: “Azərbaycan mədəniyyətini qorumaq çox vacibdir. Çünki Azərbaycanın muğam sənəti, “Əli və Nino” kimi əsərləri qorumaq və sürətinin çıxarılmaması üçün gələcəkdə piratçılığa qarşı mübarizə aparmaq lazımdır. Hesab edirəm ki, bu layihə Azərbaycanın Avropa ölkələri ilə çox sıx əməkdaşlığını göstərir. Əsasən də Avropa ilə Azərbaycanın bu yöndə işbirliyinin davam etməsi vacib bir məsələdir”.
Yunanıstanın Azərbaycandakı səfiri Yannis Metaksas bu layihədə iştirak etməkdən məmnun olduqlarını söyləyib: “Biz qürur duyuruq ki, məhz bu, Yunanıstanın Azərbaycanda ilk tvinninq layihəsidir. Bu sahədə biliyimiz və təcrübəmiz çox böyükdür. Bu təcrübəni Azərbaycanla bölüşməkdən çox şad olarıq”.
Qeyd edək ki, 18 ay davam edəcək layihə çərçivəsində Yunanıstan, Almaniya, İspaniya, Fransa, Böyük Britaniya, İtaliya, Portuqaliya, Rumıniya, Macarıstan və Avropa İttifaqına üzv digər ölkələrdən ekspertlər Azərbaycana səfər edərək öz təcrübələrini bölüşəcəklər. Agentliyin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin isə Yunanıstan, Almaniya, İspaniya, Portuqaliya və Rumıniyada təcrübə keçmələri nəzərdə tutulur.
Xəbər Lenti
"Reuters": Dəməşqdə partlayış olub
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO - YENİLƏNİB
Amerikalı senator sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib
Azərbaycanda vergi ödəyicilərinin sayı 3%-dən çox artıb
Nyu-Yorkda leysan yağışlar daşqınlara səbəb olub, uçuşlar təxirə salınıb
Prezident: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim ediləcək
Milli Məclisin iclası başlayıb
Bağçalara elektron qəbul başlayıb
I yarımildə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Pakistanda polis postuna silahlı hücum nəticəsində azı 9 polis ölüb
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb
Qusarda yük maşını aşıb, ölən var - FOTO
Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb
Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
Budanov: Polşa ilə münasibətlərdə gərginliyin pik həddi hələ qarşıdadır
Əraqçi: Təhdidlər davam edərsə, yekun Saziş üzrə danışıqlar başlamayacaq
APA TV-də XƏBƏRAPARAN - CANLI
Səhiyyə nazirinə yeni müavin təyin edilib
Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub, 331 nəfər xəsarət alıb
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
ADB Azərbaycanın daxil olduğu regionda maliyyə idarəetməsi ilə bağlı yeni proqram təsdiqləyib
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Azərbaycan nefti bahalaşıb
ADY iyun ayında yük daşımalarını 20% artırıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB-3
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin" bahalaşmaqda davam edib
Braziliyanın XİN rəhbəri ABŞ-ın hərbi müdaxiləsi riskinin artması barədə xəbərdarlıq edib
Bazar ertəsi axşamdan səhər saat 6-ya qədər Moskvaya yaxınlaşan 36 dron vurulub
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb
Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Portuqaliya millisinin baş məşqçisi istefa verib
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq
Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb