Bank Of Baku

Bakının seysmik risk xəritəsinin hazırlanması təklif olunur

Bakının seysmik risk xəritəsinin hazırlanması təklif olunur
# 25 oktyabr 2011 11:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu təkliflə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edib. O, seysmik risk xəritəsinin hazırlanmasının zəlzələ zamanı ilk yardımın məhz haradan başlamaq lazım gəldiyinə hesablandığını və belə proqramın əksər inkişaf etmiş ölkələrdə olduğunu deyib.

Mərkəz direktoru bildirib ki, gələn il Azərbaycanın quru ərazilərində 4 seysmik stansiya quraşdırılacaq: “Bu il dekabr ayında Xəzərdə sualtı stansiyaların quraşdırılması üçün lazım olan avadanlıqlar ölkəyə gətiriləcək. Azərbaycanda ilk dəfə olaraq dənizdibi seysmik stansiyanın quraşdırılması gələn il baş tutacaq. Bakı və Abşeron, eləcə də neft yataqları üçün təhlükə daha çox Xəzərdə yerləşən zəlzələ ocaqlarından yaranır. Sualtı stansiyalar dəniz dibinin seysmikliyini daha yaxşı öyrənməyə, zəlzələlərin aktiv dövrləri başlamazdan öncə məlumatlar əldə etməyə imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR