Bank Of Baku

Azərbaycanda genbank yaradılıb

Azərbaycanda genbank yaradılıb
# 25 oktyabr 2011 12:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib. O qeyd edib ki, genbankın yaradılmasında məqsəd genetik modifikasiya olunmuş məhsullara qarşı davamlı olan yeni növlər yaratmaqdır: “Genbanka daxil olan bitki növlərinin yarısı kənd təsərrüfatı bitkilərinin yabanı əcdadlarından ibarətdir. Yabanı əcdadlardan istifadə edərək yeni növlər yaratmaq istəyirik. Bu, təkcə Azərbaycanın fikri deyil. “Biomüxtəlifliyə dair Konvensiya” da bunu nəzərdə tutur”.

İnstitut direktoru deyib ki, bitkilərə heyvan genlərinin vurulması ciddi fəsadlara gətirib çıxarır: “Bu, hətta terrorizmdən də təhlükəli haldır. Azərbaycanda geni dəyişdirilmiş məhsullarla bağlı müəyyən qanunvericilik aktları olsa da, ayrı-ayrı iş adamları belə məhsulları olkəyə gətirirlər. Halbuki bu məhsulların geninin hansı yolla dəyişdirilməsi, hansı genlərdən istifadə olunması açıqlanmalıdır, GMO məhsulların gətirilməsi ilə bağlı ölkələr arasında razılıq olmalıdır. Geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qarşısını almaqla bərabər, bu məhsulları analiz etmək üçün müvafiq laboratoriyalar olmalıdır. Bu baxımdan kadr hazırlığına da ciddi ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR