Bank Of Baku

Azərbaycanda doktoranturada təhsil gələn ilin əvvəlində başlayacaq

Azərbaycanda doktoranturada təhsil gələn ilin əvvəlində başlayacaq
# 25 oktyabr 2011 13:31 (UTC +04:00)
Sabahdan isə xarici dil və fəlsəfədən imtahanlar başlayacaq. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, imtahanların nəticələri bütün imtahanlar başa çatandan sonra açıqlanacaq: “Bütövlükdə doktoranturaya qəbul prosesi noyabrın sonlarında başa çatacaq. İmtahanların nəticələri əvvəlcə institutların Elmi Şuralarında, sonra AMEA-nın bölmələrinin bürolarında təsdiq olunacaq. Bundan sonra AMEA Rəyasət Heyəti bu qərarları təsdiq edəcək və bu, qüvvəyə minmiş sənəd hesab olunacaq. Doktoranturada təhsil gələn ilin əvvəllərindən başlayacaq”.

Qeyd edək ki, bu il Azərbaycanda doktoranturaya ilk dəfədir qəbul keçirilir. AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 yerə qarşı 478 nəfər sənəd verib. Bu il Təhsil Nazirliyi sistemində doktorantura və dissertanturaya ümumilkdə fəlsəfə doktoru proqramı üzrə 500 nəfərin qəbulu nəzərdə tutulur. Onlardan 294 nəfəri dövlət sifarişi, 206 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Elmlər doktoru proqramı üzrə isə doktoranturaya 68 nəfərin qəbulu nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR