Bank Of Baku

İordaniya Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş sərgi keçirilib

İordaniya Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş sərgi keçirilib
# 25 oktyabr 2011 14:00 (UTC +04:00)
Bakı-APA. İordaniyanın ən böyük dövlət ali məktəbi olan İordaniya Universitetində rektorun himayədarlığı altında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş sərgi keçirilib. Bu barədə APA-ya Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bildirilib. Universitetin rektoru Adil Tuveysi və Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı açılışı bildirən lenti kəsiblər.
Tədbiri giriş sözü ilə açan E. Araslı Azərbaycanın keçdiyi uzun müstəqillik yolundan, bu yolda üzləşdiyi problemlərdən, son 20 il ərzində ölkənin həm iqtisadi, həm də siyasi sahədə əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Azərbaycan-İordaniya münasibətlərinin tarixindən, ölkələr arasındakı siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Belə bir tədbirin keçirilməsi üçün İordaniya Universitetini seçdiyinə görə Azərbaycan səfirliyinə öz minnətdarlığını bildirən rektor A. Tuveysi iki ölkə arasında elm və mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sərgidə Azərbaycan xalqının milli mədəni zənginliyini əks etdirən rəsmlər, respublikamızın son 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən xəbər verən fotolar sərgilənib.
Tədbir əsnasında Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR