Bank Of Baku

Kanadanın Ottava Universitetində “Ağdam – Qafqazın Xirosiması” adlı foto- sərginin açılış mərasimi keçirilib – FOTO

Kanadanın Ottava Universitetində “Ağdam – Qafqazın Xirosiması” adlı foto- sərginin açılış mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 25 oktyabr 2011 16:34 (UTC +04:00)
Bakı-APA. Kanadanın Ottava Universitetində Ermənistan-Azərbaycan müharibəsindən əvvəlki və sonrakı vəziyyətləri əks etdirən “Ağdam – Qafqazın Xirosiması” (Agdam - Caucasian Hiroshima) adlı foto sərginin açılış mərasimi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi Azərbaycanın işğal olunmuş ərazilərində, ələlxüsus Ağdamda ermənilər tərəfindən mədəni irsin və tarixi abidələrin dağıdılmasından bəhs edir. Qeyd olunan foto-sərgi Azərbaycan-Kanada Şurasının və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan-Kanada Şurasının üzvü Yaşar Muğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsi haqqında dinləyicilərə qısa məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu və işğalın davam etməsinin Ermənistanın inkişafının qeyri-mümkün olduğunu diqqətə çatdırıb. Azərbaycanın son illər ərzində bir sıra sahələrdə böyük uğurlar əldə etdiyini bildirən səfir Azərbaycanın oktyabrın 24-də 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasına qeyr-daimi üzv seçilməsini xüsusilə qeyd edib.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi olan isveçrəli müstəqil jurnalist Andre Vidmer (Andre Widmer) jurnalistlərin hər zaman həqiqəti açıq şəkildə söyləməli olduğunu bildirərək işğal olunmuş Azərbaycan torpaqlarındakı ermənilər tərəfindən aparılan dağıntılar barəsində qonaqlara ətraflı məlumat verib.
Həmçinin, foto-sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “İnam” Plüralizm Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış “Ağdam – Qafqazın Xirosiması” adlı sənədli film də nümayiş etdirilib.
Tədbirdə yerli ictimaiyyətin, o cümlədən Ottavada yaşayan müxtəlif icmaların nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR