Bank Of Baku

Hindistanda 100 mln. yeni iş yeri yaradılmasını nəzərdə tutan proqram qəbul edilib

Hindistanda 100 mln. yeni iş yeri yaradılmasını nəzərdə tutan proqram qəbul edilib
# 26 oktyabr 2011 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistan hökuməti “Milli Sənaye Siyasəti” (MSS) adlandırılan kursu təsdiqləyib. “APA-Economics”in “Reuters”ə xəbərinə görə, hökumət bu kurs çərçivəsində 2022-ci ilədək ölkədə 100 mln. yeni iş yeri yaradılmasını planlaşdırır.

Hindistanın sənaye və ticarət naziri Anand Şarma bildirib ki, MSS çərçivəsində əmək və ekoloji qanunvericiliyi sadələşdirmək nəzərdə tutulur ki, bunun da nəticəsində sənaye istehsalının dövlət tərəfindən tənzimlənməsi əhəmiyyətli dərəcədə aşağı düşəcək, ÜDM-də sənayenin payı ən azı 25% təşkil edəcək.

Nazir qeyd edib ki, ölkədə 7 yeni sənaye zonası da yaradılacaq, vergi güzəştləri hesabına kiçik və orta biznesin inkişafı stimullaşdırılacaq.

Hindistanın həmkarlar təşkilatları MSS-in əleyhinə çıxış ediblər. onlar mövqelərini proqram hazırlanarkən əmək qanunvericiliyinin nəzərə alınmaması və əməkçilərlə məsləhətləşmə aparılmaması ilə əsaslandırırlar.

Qeyd edək ki, hazırda Hindistanda yeni iş yerlərinin yaradılması yavaş templərlə gedir. Halbuki əhalinin əmək qabiliyyətli hissəsinin sayı ildə 20 mln. nəfər artır. ÜDM-də sənayenin payı isə 16%-i ötmür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR