Bank Of Baku

Nazir: Qeyri-leqal məşğulluq gələcək sosial təminata ciddi problemlər yaradır

Nazir: Qeyri-leqal məşğulluq gələcək sosial təminata ciddi problemlər yaradır
# 26 oktyabr 2011 11:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. “Azərbaycanda iqtisadiyyat yüksək tempə inkişaf edir. Amma bəzən əmək resurslarının inkişafı bu tempə uyğun gəmir. Əsas məqsədimiz davamlı əmək resurslarını inkişaf etdirməkdir”. “APA-Economics”in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu sözləri “Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər” mövzusunda Bakıda keçirilən konfransda deyib.

Qeyri-leqal məşğulluq haqqında danışan nazir bildirib ki, bu problem bütün dünyada olduğu kimi, Azərbaycanda da aktualdır: “Bu problemin həlli üçün biz bir sıra üsullardan istifadə edirik. Qeyri-leqal məşğulluq gələcək sosial təminata da ciddi problemlər yaradır. Biz bu sahədə beynəlxalq təcrübəni də öyrənmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR