Bank Of Baku

Bakıda “Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
# 26 oktyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, konfransın məqsədi layiqli əməyin təmin olunmasında Şərqi və Mərkəzi Avropa ölkələrinin dövlət məşğulluq orqanlarının gördüyü işlər, nəticələr və prioritetləri haqqında təqdimatlarını dinləmək, əməkdaşlığı gücləndirməkdir.

F.Ələkbərovun sözlərinə görə, hazırda Azərbaycanda layiqli əməyin təmin olunmasına dair Dövlət Proqramının ikinci mərhələsinin hazırlanması üzərində iş gedir: "Proqramın 2007-2010-cu illəri əhatə edən birinci mərhələsində əmək qanunvericiliyinə çoxlu sayda dəyişiklik edilib ki, bu da həmin proqramın nailiyyətlərindən biridir. Birinci mərhələ çərçivəsində Azərbaycanda peşə standartlarının hazırlanmasına başlanılıb”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə gənclərin məşğulluğunun təminatı istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıb. O bildirib ki, bununla bağlı müxtəlif treninqlər, seminarlar, əmək yarmarkaları keçirilir: “Dövlətin əsas məqsədi ölkənin potensialının inkişafında gənclərin iştirakını təmin etməkdir”.

Beynəlxalq Əmək Təşkilatının məşğulluq sektorunun nümayəndəsi Donna Koeltz, təşkilatın aktiv əmək bazarı proqramlarının inkişafı üzrə beynəlxalq məsləhətçisi Yens Sibbersen tədbirdə çıxış edərək mövzu ilə əlaqədar təcrübələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR