Bank Of Baku

Proqnoz: Yaxın 4 ildə Azərbaycanda yaşayış minimumu 42% artacaq

Proqnoz: Yaxın 4 ildə Azərbaycanda yaşayış minimumu 42% artacaq
# 26 oktyabr 2011 13:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu göstərici Azərbaycan Milli Məclisinə baxılmaq üçün təqdim edilən 2012-ci il dövlət büdcəsinin layihəsində əks olunub.

Büdcə layihəsində qeyd olunub ki, 2012-ci ildə bu göstəricinin 108 manat, 2013-cü ildə 120,2 manat, 2014-cü ildə 127,7 manat, 2015-ci ildə isə 135,1 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Eyni zamanda, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 2012-ci ildə 116 manat, 2013-cü ildə 130 manat, 2014-cü ildə 138 manat, 2015-ci ildə isə 146 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Pensiyaçılar üçün yaşayış minimumunun 2012-ci ildə 84 manat, 2013-cü ildə 101 manat, 2014-cü ildə 107 manat, 2015-ci ildə 114 manat təşkil edəcəyi gözlənilir.

Uşaqlar üçün yaşayış minimumuna gəldikdə isə bu göstəricinin 2012-ci ildə 87 manata, 2013-cü ildə 99 manata, 2014-cü ildə 106 manata, 2015-ci ildə 112 manata bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2011-ci il üçün Azərbaycanda yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün isə 76 manat səviyyəsində təsdiq olunub.

Xatırladaq ki, proqnozlara əsasən, 2011-ci ildə ölkədə inflyasiya 9,8%, 2012-ci ildə 6%, 2013-cü ildə 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR