Bank Of Baku

Adil Qəribov: “Azərbaycan hökumətinin qərarı olsa, sterilizasiya qurğusunun binasının tikintisinə gələn il başlanacaq”

Adil Qəribov: “Azərbaycan hökumətinin qərarı olsa, sterilizasiya qurğusunun binasının tikintisinə gələn il başlanacaq”
# 26 oktyabr 2011 13:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycanda sterilizasiya qurğusunun yaradılması məqsədilə bu il üçün nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycan üzrə nümayəndəsi Andrey Çupovla bu gün keçirdiyi görüşdən sonra APA-ya açıqlamasında deyib.

A. Qəribov qeyd edib ki, il ərzində sterilizasiya qurğusunun seçimi edilib və alınması üçün tender elan olunub: “Yaxın zamanlarda tenderin nəticəsi rəsmi şəkildə bizə daxil olacaq. Sterilizasiya qurğusunun tikiləcəyi ərazinin hasarlanması başa çatıb. Hazırda kommunikasiya xətlərinin layihə-smeta sənədləri işlənilir. Yaxın zamanlarda elektrik xətti də tam çəkiləcək. Sterilizasiya qurğusunun yerləşəcəyi binanın layihələndirilməsi ilə əlaqədar layihə institutları işləyir. Kadr hazırlığı ilə bağlı isə 12-yə qədər mütəxəssis bu işlə məşğul olan Türkiyə, Polşa, Macarıstanda tədris kursları keçir. Azərbaycan hökumətinin qərarı olsa, yəqin ki, gələn il sterilizasiya qurğusunun binasının tikintisinə başlanacaq”.

A. Qəribov deyib ki, AEBA-ya 2012-2013-cü illərdə sterilizasiya qurğusu üçün dozimetriya laboratoriyasının yaradılması da təklif edilib: “İnsanla əlaqədar olan qidaların, avadanlıqların doza həddi çox dəqiq ölçülməlidir. 2012-2013-cü illərdə AEBA ilə birgə dozimetriya laboratoriyası üçün lazım olan avadanlıqların alınması və bununla əlaqədar kadrların xarici ölkələrdə tədris kurslarına davam etməsi nəzərdə tutulur. Yəqin ki, Azərbaycan tərəfi də bu bahalı avadanlığın alınmasına dəstək verəcək”.

İnstitut direktoru bildirib ki, sterilizasiya qurğusu Qobu Dəvəçilik Sovxozunun ərazisində tikiləcək: “Ərazinin torpaq qatının geoloji xüsusiyyətləri tədqiq olunub. Verilən rəyə əsasən, həmin sahədə sterilizasiya qurğusunun tikilməsi üçün heç bir təhlükə yoxdur. Əsas şərtlərdən biri odur ki, 8-10 metr dərinlikdə lay suları olmasın. Ərazi yaşayış məntəqələrindən uzaqdadır. Güman edirəm ki, Azərbaycanda sterilizasiya qurğusu 2014-2015-ci illərdə istifadəyə veriləcək. O zamana qədər qurğu üçün tikiləcək binada daxil olan və çıxan yüklərin saxlanılması anbarları, laboratoriya korpusu tikilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR