Radiasiya Problemləri İnstitutunun direktoru: “Gec-tez Azərbaycanda atom elektrik stansiyası tikiləcək”
A. Qəribov bildirib ki, hazırda Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birlikdə “Tədqiqat nüvə reaktorunun elmi, iqtisadi əsaslandırılması” layihəsini həyata keçirir: “Biz yalnız iqtisadi əsaslandırmanı yox, həm də ölkənin elmi imicini nəzərə almalıyıq. Mən hesab edirəm ki, tədqiqat nüvə reaktorunun Azərbaycanda yaradılması ölkə başçısının elan etdiyi dinc nüvə siyasətinin əsas hissələrindən biri olmalıdır. Bu məsələ yenə də dövlətin qərarı əsasında həllini tapmalıdır. Hələlik tədqiqat nüvə reaktorunun yaradılması ilə əlaqədar Azərbaycan dövlətinin heç bir qərarı yoxdur. Mən hesab edirəm ki, sivil, inkişaf etmiş ölkələrin hamısında bu məsələ öndədir. Həmin ölkələrin hətta heç bir şeyi olmasa belə, strateji nöqteyi-nəzərdən nüvə obyektinə malik olması, bu sahədə araşdırmağa qadir olması onun elmi potensialının və həmin ölkənin inkişafının səviyyəsini göstərən meyarlardan biridir. “Metsamor” AES-də reaktorlar bir müddət təmirə dayandırıldı, Ermənistanın Energetika Nazirliyi bu müddətdə enerji təchizatında heç bir problem yaranmadığını açıqladı. Yəni, Ermənistan “Metsamor” AES-siz də keçinə bilər, amma bunu etmir. Çünki Ermənistan Cənubi Qafqazda AES-i olan birinci ölkədir. Hazırda yeni reaktorlar tikməyə də hazırlaşır. Halbuki Ermənistanın o reaktorları işlətmək imkanı yoxdur”.
A. Qəribov deyib ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə prosesi mərhələli getməlidir. Əvvəlcə ölkədə radiasiya texnologiyaları, daha sonra nüvə elmləri inkişaf etməli, son mərhələdə isə AES tikilməlidir: “Azərbaycanın nüvə elmləri sahəsində təcrübəsi qonşu ölkələrin hamısından çoxdur. Tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsi ilə əlaqədar 10-a yaxın mütəxəssis müxtəlif ölkələrdə tədris kursları keçib. Bu, hələ kifayət deyil. Yəqin ki, nüvə reaktorunun əsaslandırılması layihəsi çərçivəsində treninq kursları davam etdiriləcək. Çünki tədqiqat nüvə reaktorunun yaradılması tarixi və xüsusi bir etapdır. Bununla da, nüvə sahəsində yeni səviyyəyə çıxıb, nüvə ölkəsi ola bilirik. Ona görə də, bu məsələdə tələsik qərar vermək mümkün deyil. Hələlik reaktorun yaradılması haqda söhbət getmir. Tədqiqat nüvə reaktorunun əsaslandırılması deyəndə, əsas aspekt nüvə reaktorunda aparılacaq elmi işlərə yönəlib. Azərbaycan hökuməti tədqiqat nüvə reaktorunun lazım olmaması barədə qərar qəbul etsə, həmin kadrlar dünyanın müxtəlif reaktorlarında bu işləri apara bilərlər”.
Xəbər Lenti
"Reuters": Dəməşqdə partlayış olub
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO - YENİLƏNİB
Amerikalı senator sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib
Azərbaycanda vergi ödəyicilərinin sayı 3%-dən çox artıb
Nyu-Yorkda leysan yağışlar daşqınlara səbəb olub, uçuşlar təxirə salınıb
Prezident: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim ediləcək
Milli Məclisin iclası başlayıb
Bağçalara elektron qəbul başlayıb
I yarımildə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Pakistanda polis postuna silahlı hücum nəticəsində azı 9 polis ölüb
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb
Qusarda yük maşını aşıb, ölən var - FOTO
Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb
Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
Budanov: Polşa ilə münasibətlərdə gərginliyin pik həddi hələ qarşıdadır
Əraqçi: Təhdidlər davam edərsə, yekun Saziş üzrə danışıqlar başlamayacaq
APA TV-də XƏBƏRAPARAN - CANLI
Səhiyyə nazirinə yeni müavin təyin edilib
Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub, 331 nəfər xəsarət alıb
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
ADB Azərbaycanın daxil olduğu regionda maliyyə idarəetməsi ilə bağlı yeni proqram təsdiqləyib
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Azərbaycan nefti bahalaşıb
ADY iyun ayında yük daşımalarını 20% artırıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB-3
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin" bahalaşmaqda davam edib
Braziliyanın XİN rəhbəri ABŞ-ın hərbi müdaxiləsi riskinin artması barədə xəbərdarlıq edib
Bazar ertəsi axşamdan səhər saat 6-ya qədər Moskvaya yaxınlaşan 36 dron vurulub
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb
Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Portuqaliya millisinin baş məşqçisi istefa verib
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq
Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb