Bank Of Baku

Bakıda müəllim və tələbələr üçün «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda seminar keçirilib

Bakıda müəllim və tələbələr üçün «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda seminar keçirilib
# 26 oktyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakıda «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda növbəti seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbələri iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verən V.Quliyev bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda məruzə ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat vermiş, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif broşürlar və yaddaş kitabçaları paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR