Bank Of Baku

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa Birliyi direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa Birliyi direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək
# 27 oktyabr 2011 08:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Çexiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə sabah Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa Birliyinin (AB) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar Avropa Birliyinə üzv olan dövlətlərin təcrübələrindən istifadə edilməklə milli və regional siyasi çərçivələrdə birliyin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır.

Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR