Bank Of Baku

Məşhur Norveç səyyahının Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib

Məşhur Norveç səyyahının Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib
# 27 oktyabr 2011 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Qərb Universitetində məşhur Norveç səyyahı, yazıçısı və alimi Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə “Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov səyyahın Azərbaycana və Şəki şəhərinə etdiyi səfərlərdən danışıb. Nazir bildirib ki, T.Heyerdal bir neçə dəfə Azərbaycana gəlib və həyatının son illərini Qafqaz və Skandinaviya arasında qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işə həsr edib.
Tədbirdə Tur Heyerdalın Azərbaycan dilinə ilk dəfə tərcümə edilən “Adəmin izləri ilə, xatirələr” adlı kitabının təqdimatı keçirilib. Konfransda Tur Heyerdalın Qərb Universiteti tərəfindən təltif olunduğu Fəxri Doktor diplom Kon-Tiki muzeyinin əməkdaşı gənc Tur Heyerdala təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR