Bank Of Baku

Çexiyada keçirilən sərgidə qələbə qazanmış azərbaycanlı uşaqların mükafatlandırma mərasimi keçirilib

Çexiyada keçirilən sərgidə qələbə qazanmış azərbaycanlı uşaqların mükafatlandırma mərasimi keçirilib
# 27 oktyabr 2011 13:21 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu gün Bakıda Çexiya Respublikasının “Liditse 2011 : Uşaqların incəsənət əsərlərinin beynəlxalq sərgisi”ndə qələbə qazanmış azərbaycanlı uşaqların mükafatlandırma mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Çexiyanın Azərbaycandakı səfiri Radek Matula xatırladıb ki, Liditse sərgisi hər il təşkil olunur və bura onlarla ölkədən olan uşaqlar qatılır. Səfir deyib ki, sərginin 362 azərbaycanlı iştirakçısından peşəkar münsiflər heyəti rəsm və qrafika kateqoriyasına aid 22 əsəri mükafatlandırıb.
Uşaq və məktəbliləri təbrik edən səfir valideyn və müəllimlərə uşaqların bədii qabiliyyətlərinin inkişafına şərait yaratdıqlarına görə təşəkkür edib. Diplomat gələn il keçiriləcək Liditse sərgisində Azərbaycandan olan uşaqların daha fəal iştirak edəcəklərinə ümid etdiyini bildirib.
Təltif etmə mərasimində Azərbaycanın Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, yerli təhsil ocaqlarının nümayəndələri, habelə məktəblilər və onların valideynləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR