Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatı Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcək

Beynəlxalq Əmək Təşkilatı Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcək
# 27 oktyabr 2011 13:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu gün Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Alena Nesporovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir son səkkiz ildə Azərbaycanda 950 min yeni iş yerinin yaradıldığını, işsizlik səviyyəsinin 5,5%-ə düşdüyünü, xüsusən gənclər arasında işsizliyin digər ölkələrlə müqayisədə aşağı olduğunu deyib. F.Ələkbərov bildirib ki, hazırda ölkədə layiqli əməyin təminatı sahəsində mühüm işlər görülür, qeyd olunan sahədə də BƏT ilə əməkdaşlıq daim genişlənir.

A.Nesporova qeyd edib ki, BƏT bu ilin sonuna kimi Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcək. Gələn il isə Azərbaycanda əmək bazarının təhlili üçün sorğu keçiriləcək. BƏT-in Məşğulluq xidmətləri, Bacarıqlar və işədüzəltmə imkanları departamentinin baş mütəxəssisi Donna Koeltz isə ölkəmizin layiqli əməyin təminatında qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi sahəsində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb və bu sahədə bütün lazımi köməklikləri göstərməyə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR