Bank Of Baku

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim və usta yerləri üzrə müsabiqə keçiriləcək

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim və usta yerləri üzrə müsabiqə keçiriləcək
# 27 oktyabr 2011 13:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqənin keçiriləcəyi tarixi açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqə oktyabrın 29-da saat 10:00-da başlayacaq, saat 11:00-da başa çatacaq. Test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunacaq. Test müsabiqəsinin cavabları və qaliblər müsabiqənin vaxtı bitdikdən sonra 2 saat ərzində elan olunacaq. Eyni yerə bir neçə namizəd olarsa, üstünlük daha çox bal toplayana veriləcək. Ballar eyni olarsa, qalib müsahibə yolu ilə müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR