Bank Of Baku

Misir Mərdanov Avstraliya səfiri ilə görüşüb

Misir Mərdanov Avstraliya səfiri ilə görüşüb
# 27 oktyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb. APA-nın nazirliyin internet saytına istinadən yaydığı xəbərə görə, M. Mərdanov Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açıb.

Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. O, həmin proqrama uyğun olaraq təsdiqlənmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na 21 Avstraliya universitetinin daxil edildiyini deyib. Nazirin sözlərinə görə, hazırda azərbaycanlı gənclər Avstraliyanın bir neçə universitetində təhsil alır. M. Mərdanov Avstraliya universitetlərinin Azərbaycanda daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib.

Y. Biqqs azərbaycanlı gənclərin Avstraliya universitetlərində təhsil almasını yüksək dəyərləndirib və bunun ikitərəfli təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR