Bank Of Baku

TQDK-da “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlamasına hazırlıqla əlaqədar iclas keçirilib

TQDK-da “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlamasına hazırlıqla əlaqədar iclas keçirilib
# 27 oktyabr 2011 14:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələ Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” fəaliyyətə başlamasına hazırlıqla əlaqədar iclas keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri iştirak edib. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin keçirilməsi və təşkili məsələsi müzakirə olunub.
Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi ölkə prezidentinin 23 fevral 2010-cu il tarixli fərmanı ilə “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılıb. Sistemə Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələri də qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR