Bank Of Baku

Şəkidə “Əhalinin yaşlanması, ahılların potensialından istifadə olunmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Şəkidə “Əhalinin yaşlanması, ahılların potensialından  istifadə olunmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib
# 27 oktyabr 2011 17:46 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə “Əhalinin yaşlanması, ahılların potensialından istifadə olunmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Şəki şəhər İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün Şəki şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının təşkilatçılığı ilə BMT-nin Baş Məclisinin əhalinin qocalmasının problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10-cu il dönümü və 7 milyardıncı insanının dünyaya gəlməsinin münasibəti ilə “Əhalinin yaşlanması; ahılların potensialından istifadə olunmasının əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Şəki şəhər İH-nin başçısı Elxan Usubov, Şəki ŞİH-i başçısının Təhsil, səhiyyə və mədəniyyət məsəliləri üzrə müavini Zərinə Cavadova, müvafiq təşkilat nümayəndələri və Şəki rayon ziyalıları iştirak edib. Giriş sözü ilə çıxış edən Ombudsman E. Süleymanova və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev mövzu barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra Z. Cavadova “Əhalinin yaşlanması ilə əlaqədar mövcud problemlərin həlli”, Şəki rayon Əmək və Əhalinin Sosial Mərkəzinin rəhbəri Məmməd Nəsibov “Ahılların sosial müdafiəsinin təşkili”, Şəki Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi Məcid Əliyev “Ahılların sağlamlıq hüququnun təmin olunması vəziyyəti” məruzələri ilə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir boyunca mövzu ətrafında müzakirələr aparılıb, tövsiyə və təkliflər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR