Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi ləğv oluna bilər

Azərbaycan Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi ləğv oluna bilər
# 28 oktyabr 2011 08:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanovun əmri ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. “Bu, idarə elə bir strukturdur ki, oranı rəhbərsiz qoymaq olmaz. Həmin idarəyə elə o idarədə işləyən İsaxan Babayevi rəis təyin etmişik. Dekabrın sonunda idarənin illik hesabatı veriləcək və monitorinq keçiriləcək. Əgər gələn il o işi aparmaq üçün bizə vəsait ayrılsa, idarə işini davam etdirəcək, ayrılmasa, davam etdirməyəcək. İdarənin ləğv olunması vəsait ayrılıb-ayrılmayacağından aslıdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Baş Prokurorluğun təqdimatına əsasən, məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR