Bank Of Baku

BMT: Azərbaycan zorakı ölümlərin ən az yaşandığı ölkələrdən biridir

BMT: Azərbaycan zorakı ölümlərin ən az yaşandığı ölkələrdən biridir
# 28 oktyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Hər il dünyada 526 mindən çox qətl hadisəsi törədilir, 55 minə yaxın adam münaqişələr və ya terror aktları nəticəsində həlak olur. APA-nın xəbərinə görə, bu rəqəmlər BMT-nin Cenevrə ofisinin yaydığı “Silahlı zorakılıqların qlobal nəticələri” adlı ikinci hesabatda əksini tapıb.

Hesabatda bildirilir ki, il ərzində 369 min nəfər, o cümlədən 66 min qadın qəsdən törədilən qətllərin qurbanı olur. Zorakı ölümlərin dörddə biri hər 100 min nəfərə düşən cinayət hallarının sayının 30-dan yuxarı olduğu 14 ölkənin payına düşür. Azərbaycan bu statistika üzrə ən az ölümlərin yaşandığı ölkələrdən biridir. Azərbaycanda hər 100 min nəfərə düşən zorakı ölüm hallarının sayı 3-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR