Bank Of Baku

Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb
# 28 oktyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı və Abşeron yarımadasında oktyabrın 29-da havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq.

Oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Lənkəran-Astara bölgəsində intensiv yağıntıların davam edəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Oktyabrın 30-da bölgələrdə fasilələrlə yağış, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR