Bank Of Baku

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,7 min nəfəri ötüb

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,7 min nəfəri ötüb
# 28 oktyabr 2011 09:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7% artıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, oktyabrın 1-nə DSMF tərəfindən əlavə olaraq 1 622 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11 733 nəfərə yüksəlib.

Ümumilikdə, 93 ölkəni təmsil edən əcnəbilər arasında Türkiyə vətəndaşları (6 783 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə Gürcüstan (1 452 nəfər), üçüncü yerdə isə Rusiya (616 nəfər) qərarlaşıb. Sonrakı yerləri İran (396), Hindistan (275), Çin (244), Britaniya və Şimali İrlandiya Krallığı (146), Özbəkistan (140), Bosniya və Herseqovina (128), Pakistan (102), Filippin (98), Almaniya (94), Ukrayna (92), Türkmənistan (81), Malayziya (80), Qazaxıstan (68), İtaliya (68), ABŞ (62) və s. ölkələr tutur.

Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR