Bank Of Baku

Bakıda miqrasiya problemlərinə həsr olunmuş təqdimat keçirilib - FOTOSESSİYA

Bakıda miqrasiya problemlərinə həsr olunmuş təqdimat keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 oktyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycanda miqrasiya layihəsinin icrasının nəticələri üzrə təqdimat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib ki, son onilliklər ərzində dünya miqyasında miqrasiya prosesləri xeyli intensivləşib və bu özünü həm kəmiyyət, həm də keyfiyyətdə göstərir.

«Əmək miqrasiyası axınlarının formaları və yerdəyişmə istiqamətləri də müxtəlifləşir. İndi bu hal elə bir səviyyəyə çatıb ki, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlar miqrasiya ilə bağlı yaranmış problemləri aradan qaldırmaq üçün bütün qüvvələrini səfərbər edərək onun tənzimlənməsini təmin etməyə çalışır», - deyə AHİK başçısı vurğulayıb.

S.Mehbalıyevin sözlərinə görə, Azərbaycanda kapital yatıraraq işləmək, burada öz biznesini inkişaf etdirmək, eləcə də qeyri-qanuni şəkildə yaşayaraq işləmək istəyənlərin sayı hər il artır: «Ötən ilin aprel ayına olan məlumata görə, Azərbaycanda 82 ölkədən 6 386 nəfər işçi miqrantı rəsmi qeydiyyata alınıb. Onların təqribən 30%-i neft və tikinti, qalanı isə iqtisadiyyatın digər sahələrində çalışır. Bundan başqa, əməkçi miqrantların məlumatlandırılması və onların həmkarlar ittifaqları üzvlüyünə nail olunması konfederasiyanın bu sahədə işinin əsasını təşkil edir. Həmçinin, AHİK, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda qeyri-qanuni miqrasiyanın aradan qaldırılması üçün lazımı tədbirlər görür», - deyə S.Mehbalıyev qeyd edib.

Qeyd edək ki, tədbirdə BƏT-in Moskva nümayəndəsi xanım Sandra Vermuyten miqrasiya bukletlərinin təqdimatı və Azərbaycanda miqrasiya layihələrinin fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Tədbirin sonunda Azərbaycana gələn miqrantlar üçün hazırlanmış bukletin və AHİK-in Miqrasiya Resurs Mərkəzinin veb-portalının təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR