Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin zona müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin zona müşavirəsi keçirilib
# 28 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Şəki şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgədə yerləşən 12 rayon üzrə yerli qurumlarının fəaliyyətinə dair zona müşavirəsi keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə bölgədə ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası və digər məsələlər müzakirə olunub.
F.Ələkbərov Nazirliyin həmin bölgə üzrə fəaliyyət göstərən strukturları, o cümlədən Əhalinin Sosial Müdafiəsi Mərkəzləri və Tibbi-Sosial Ekspert Komissiyalarının fəaliyyəti ilə bağlı prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, digər instansiyalara və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib. Nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən vətəndaşların şikayət ərizələri özlərinin iştirakı ilə yerində araşdırılıb.

Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilib. Nazir narazılıq yaradan hallara yol vermiş qurumların və əməkdaşların fəaliyyətinin ciddi şəkildə araşdırılması və hüquq pozuntuları ilə bağlı qanunauyğun tədbirlər görülməsi üçün nazirliyin aiddiyyatı strukturuna tapşırıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR