Bank Of Baku

Suraxanı rayonunun orta məktəblərində dərsə davamiyyətlə bağlı monitorinq keçirilib

Suraxanı rayonunun orta məktəblərində dərsə davamiyyətlə bağlı monitorinq keçirilib
# 28 oktyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində növbəti monitorinq keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi monitorinqin əsas məqsədi şagirdlərin dərsə davamiyyətini müəyyənləşdirmək olub. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinq Bakının Suraxanı rayonunun 278 və 285 nömrəli orta məktəblərində aparılıb. Monitorinq zamanı qeyd olunan təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinin yüksək olduğu məlum olub.
Qeyd edək ki, monitorinq bu ilin sonunadək davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR