Bank Of Baku

“British Council” Azərbaycanda yeni layihələr həyata keçirmək istəyir

“British Council” Azərbaycanda  yeni layihələr həyata keçirmək istəyir
# 28 oktyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “British Council” təşkilatı Azərbaycanda yeni layihələr həyata keçirmək istəyir. Bu layihələr ingilis dili müəllimlərinin işinin təkmilləşdirilməsinə xidmət edəcək. Təhsil nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “British Council”un Azərbaycan üzrə direktoru Pol Klementson bunu təhsil naziri Misir Mərdanovla görüşündə deyib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmenin də iştirak etdiyi görüşdə P.Klementson rəhbəri olduğu təşkilatla Təhsil Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışıb.
M. Mərdanov Azərbaycanın orta məktəblərində ingilis dilinin öyrənilməsinə böyük maraq olduğunu bildirib. O, Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) iki ölkə arasında əlaqələrin inkişafına xidmət edən layihələrinin və birliyin regionlarda fəaliyyətinin genişləndirilməsinin məqsədəuyğun olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR