Bank Of Baku

Quba şəhərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb

Quba şəhərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb
# 28 oktyabr 2011 13:53 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Quba şəhərinin 5000-dən çox sakini işıqsız qalıb. Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimovun APA-nın yerli müxbirinə verdiyi məlumata görə, buna şəhərin iri yaşayış massivlərini elektrik enerjisi ilə təmin edən ötürücü kabel xəttinin qəzalı vəziyyətə düşməsi səbəb olub. Qeyd edək ki, kabel xəttində səhər saatlarında yaranan nasazlıq indiyədək aradan qaldırılmayıb.

Quba Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda qəza baş verən ərazidə təmir işləri aparılır. Axşam saatlarınadək Quba şəhərinə elektrik enerjisinin verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR