Bank Of Baku

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Türkiyəyə zəlzələdən zərər çəkənlərə yardım göndərib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Türkiyəyə zəlzələdən zərər çəkənlərə yardım göndərib
# 28 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş sakinlərə yardım göstərib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, BTRİB-in kollektivi könüllü olaraq topladıqları 10 min ABŞ dolları məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinə göndərib.

«Rabitəçilər Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıca başsağlığı verib və Azərbaycanın daim Türkiyənin yanında olacağını söyləyiblər», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR