Bank Of Baku

Azərbaycan Tibb Universitetinin rektoruna Türkiyənin Qazi Universitetinin fəxri doktoru adı veriləcək

Azərbaycan Tibb Universitetinin rektoruna Türkiyənin Qazi Universitetinin fəxri doktoru adı veriləcək
# 28 oktyabr 2011 15:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Türkiyənin Qazi Universiteti Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova fəxri doktor adı verəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi oktyabrın 31-də Qazi Universitetində keçiriləcək. Əhliman Əmiraslanov Türkiyə və Azərbaycan arasındakı tibb təhsilinin inkişafında göstərdiyi xidmətlərə görə, fəxri doktor adına layiq görülüb.
Diplomun təqdimat mərasiminə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR