Bank Of Baku

Regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və TQDK-nın regional bölmələrinin nümayəndələri üçün iclas keçirilib

Regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və TQDK-nın regional bölmələrinin nümayəndələri üçün iclas keçirilib
# 29 oktyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlamasına hazırlıqla əlaqədar regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və TQDK-nın regional bölmələrinin nümayəndələrinin iştirakı ilə iclas keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin keçirilməsi və təşkili məsələsi müzakirə olunub.

“Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” ölkə prezidentinin 23 fevral 2010-cu il tarixli fərmanı ilə “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılıb. Sistemə Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələri də qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR