Bank Of Baku

Şəkidə Avropa Birliyinin TAİEX proqramı çərçivəsində təlim-seminar keçirilib

Şəkidə Avropa Birliyinin TAİEX proqramı çərçivəsində təlim-seminar keçirilib
# 29 oktyabr 2011 16:40 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki şəhərində Avropa Birliyinin TAİEX proqramı çərçivəsində “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin regional mərkəzlərinin imkanlarının gücləndirilməsi” mövzusunda təlim-seminar keçirilib. Şəki şəhər İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, təlim-seminarda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Polşa, Fransa və Litva ombudsman aparatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanda ombudsman təsisatı cəmi 9 ildir fəaliyyət göstərir və belə təlimlər Avropa ölkələri ombudsmanlarının qabaqcıl iş təcrübələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim-seminarda “Ombudsmanın regional mərkəzlərinin yerlərdə insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə əməkdaşlığı” mövzusuna dair dinləmələr keçirilib. Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Polşa İnsan Hüquqları Müdafiəçisinin sahə üzrə səlahiyyətli nümayəndəsi Aleksandra Ventovska, Fransadan Jan Pyer Fonten, Litva Seyminin Ombudsman Ofisinin ombudsmanı Auqustinas Normantas müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR