Bank Of Baku

Astarada həyətyanı sahələri su basıb

Astarada həyətyanı sahələri su basıb
# 31 oktyabr 2011 11:08 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. İntensiv yağışlar Azərbaycanın Astara şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su altında qalmasına səbəb olub. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, şəhərin Heydər Əliyev prospektindəki həyətlərdə yığılan yağış sularının səviyyəsi bir metrədək qalxıb. Nəticədə quyular çirkabla dolub. Ən çox ziyan sitrus bağlarına dəyib. Məlumata görə, əvvəllər yağış suları kollektorlar, arx və kanallar vasitəsi ilə axaraq Astaraçaya tökülürmüş, indi isə kanalların qarşısı tutulduğundan sel suları həyətlərə axır. Mövcud vəziyyətlə əlaqədar rayonun müvafiq qurumları artıq tədbirlər görməyə başlayıblar. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Məzaim Hüseynov APA-nın yerli bürosuna bildirib ki, ağır texnikanın köməyi ilə hazırda kanalların lildən təmizlənməsi prosesi həyata keçirilir. Yaxın bir həftə ərzində su basmış ərazilərdəki kanalların qazılıb əvvəlki vəziyyətə gətirilməsi başa çatdırılacaq: “Vətəndaşların suötürücü kanalların yaxınlığında tikdikləri qanunsuz obyektlər subasmalarına səbəb olub”.
Qeyd edək ki, oktyabrın 25-dən cənub bölgəsinə düşən intensiv yağıntı ötən gecədən dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR