Bank Of Baku

Bu il Azərbaycanda iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Bu il Azərbaycanda iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb
# 31 oktyabr 2011 13:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun yerli orqanları tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 4037 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 2851 ərizə araşdırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hallarla bağlı qanunauyğun tədbirlər görülüb və aşkar olunmuş inzibati xətalara görə işəgötürənlərə ümumilikdə 334950 manat cərimə tətbiq olunub.

Həmin müddətdə qeyri-rəsmi əmək münasibətlərinə işə cəlb edilmiş 1615 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Vətəndaşlara ödətdirilməsi təmin edilmiş sosial ödənişlərin ümumi məbləği 713 852 manat olub ki, bu məbləğin 368 655 manatını əmək haqları, 310 913 manatını zərərə görə ödənclər, 34 284 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd olunan müddətdə işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş 119 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR