Bank Of Baku

Bu ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 21 min nəfəri işlə təmin edib

Bu ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 21 min nəfəri işlə təmin edib
# 31 oktyabr 2011 13:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması istiqamətində bu ilin 9 ayında görülən tədbirlərlə bağlı məlumat açıqlayıb.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən 20904 nəfər münasib işlərlə təmin edilib, həmçinin 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunub.

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 2 976 nəfər işsiz vətəndaş, o cümlədən 1661 nəfər qadın, 1377 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 23 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR