Bank Of Baku

Azərbaycanda “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” qəbul olunacaq

Azərbaycanda “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”  qəbul olunacaq
# 31 oktyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyində “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Akkreditasiya Şurasının iclasında “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasən bəyənilib və bir sıra təkliflərin nəzərə alındığı qeyd olunub.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev APA-ya bildirib ki, sözügedən meyarların yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. H. Zərbəliyev bundan sonra ilk dəfə olaraq Azərbaycanda ümumtəhsil müəssisələrinin akkreditasiyasının həyata keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR