Bank Of Baku

Türkiyənin dövlət qulluqçuları Azərbaycana gəlib

Türkiyənin dövlət qulluqçuları Azərbaycana gəlib
# 31 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türkiyə Respublikasının 5 dövlət orqanını təmsil edən 10 nəfər rəhbər işçidən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri daxildir. Bu gün Komissiya əməkdaşları türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemini təqdim ediblər. Komissiya sədri Bəhram Xəlilov iki ölkə arasında bütün sahələr üzrə, o cümlədən dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və 2010-cu ildən başlayaraq təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb.
Türkiyəli dövlət qulluqçularının səfəri noyabrın 4-dək davam edəcək. Azərbaycanın bir qrup dövlət qulluqçusunun Türkiyəyə qarşılıqlı səfəri isə bu ilin dekabr ayında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR