Bank Of Baku

Bakıda məktəblilərin bilik yarışı keçiriləcək

Bakıda məktəblilərin bilik yarışı keçiriləcək
# 31 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Noyabrın 15-də Bakıda məktəblilərin bilik yarışına start veriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, bilik yarışının məktəb turunda V-XI sinif şagirdləri iştirak edəcək. Yarışın bu turunda şagirdlər bütün fənlər üzrə özlərini sınaya biləcəklər. Növbəti rayon turunda isə yalnız VIII–XI sinif şagirdləri yarışda iştirak etmək hüququnu qazanacaqlar. Həmin turda şagirdlər doqquz fənn üzrə yarışacaqlar. Bilik yarışının rayon turunda riyaziyyat və ədəbiyyat fənni üzrə VIII–XI, fizika, biologiya, tarix, xarici dil, coğrafiya fənləri üzrə VIII–XI, kimya üzrə IX–XI, informatika fənni üzrə isə X–XI sinif şagirdləri iştirak etmək hüququna malik olacaqlar. Rayon turuna təqdim ediləcək qaliblərin siyahısı noyabrın 25-nə kimi müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR