Bank Of Baku

Azay Quliyev: “Qeyri-hökumət təşkilatları ilə bağlı gördüyümüz profilaktik tədbirlər müsbət nəticə verib”

Azay Quliyev: “Qeyri-hökumət təşkilatları ilə bağlı gördüyümüz profilaktik tədbirlər müsbət nəticə verib”
# 01 noyabr 2011 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Şuranın gördüyü işlərin bəhrəsini verdiyini bildirən Azay Quliyev bildirib ki, şuranın məqsədi kimlərisə cəzalandırmaq deyil: “İstəyimiz QHT-lərin bilik və bacarıqlarını artırmaq, onlara bilmədiklərini öyrətmək, ümumilikdə, QHT-ləri layihələrin icrası prosesinə hazırlamaqdır. Bu baxımdan görülən profilaktik tədbirlər müsbət nəticə verib. Əlbəttə, görülən tədbirlərə rəğmən nəticə çıxarılmırsa, Şuranın müəyyən etdiyi tələblərə əməl olunmursa, şübhəsiz ki, digər zəruri addımlar da atılır”.
A.Quliyev bildirib ki, ilk növbədə həmin təşkilatların növbəti müddətdə Şuranın dəstəklədiyi qrant müsabiqələrində iştirakı məhdudlaşdırılır: “Hələlik, bu cür vasitələrdən istifadə edirik. Nöqsanlara yol verən QHT-lərlə bağlı cinayət işinin açılması üçün prokurorluğa müraciətə ehtiyac yaranmayıb. Düşünürəm ki, QHT-lər də Şura tərəfdən belə bir addımın atılmasına şərait yaratmazlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR